Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:37

Pərviz Əzimovun məhkəməsi dayandırılıb


«Dalğa» Gənclər Hərəkatının Cənub ofisinin rəhbəri Pərviz Əzimovun məhkəməsi müvəqəti olaraq dayandırılıb. P.Əzimov «Azadlıq» radiosuna deyib ki, Lənkəran Rayon Məhkəməsinin hakimi Azər Səmədov bu dəfə də tərəflərə barışıq təklif edib. Hakim eyni zamanda məzuniyyətə gedir. İşin başqa hakimə tapşırılmasına qədər Lənkəran Dövlət Universitetinin (LDU) rəhbərliyi ilə barışıq söhbəti olacaq. Bu barədə qarşılıqlı razılıq əldə edilib. Barışıq olmasa, məhkəmə davam edəcək.

Pərviz Əzimov LDU-nu qurtarmasına 3 ay qalmış ali məktəbdən qovulub. Universitet rəhbərliyi P.Əzimovu «nizam-intizamı» pozmaqda günahlandırır. P.Əzimov isə ali məktəblə bağlı KİV-də çap etdirdiyi yazılara görə univeristetdən qovulduğunu deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG