Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:55

ABŞ və Qırğızıstan Manas bazası ilə bağlı razılığıa gəliblər


Qırğızıstan rəsmisi deyir ki, ABŞ və Qırğızıstan Manas bazasının istifadəsi ilə bağlı razılığıa gəliblər.

Rəsminin sözlərinə görə razılıq iyunun 22-i əldə edilib. O, bu məsələ ilə bağlı hələ açıqlama verilmədiyindən adının çəkilməsini istəməyib. ABŞ rəsmiləri isə bununla bağlı hələlik şərh verməyiblər.

Iyunun 23-ü Qırğızıstan parlamenti bu məsələsni müzakirə edir. Parlamentdə artıq ratifikasiya prosesi başlayıb.

Qırğızıstan müxalifəti bunu avantüra adlandlırıb və hakimiyyəti sözününn üstündə dura bilməməkdə ittiham edib.

Qırğızıstan prezidenti bu ilin fevral ayında demişdi ki, ABŞ qüvvələri Manas bazasından çıxmalıdır. Bu baza Əfqanıstana təchizat daşınmasında ABŞ üçün əhəmiyyətə malikdir.

XS
SM
MD
LG