Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:26

Heydər Əliyev fondu Fransada kilsənin təmirinə ianə ayırıb


Heydər Əliyev fondu Strasburqdakı kilsələrdən birinə «Bizim ledi» kilsəsinə ianə verib. APA-nın məlumatına görə bu münasibətlə kilsədə xüsusi mərasiь keçirilib. Fondun İctimai Əlaqələr departameninin sədri, Avropa Şurasının Parlament Assembeliyasının Azərbaycanlı delegasiyasının üzvi Qənirə Paşayeva 40 min avroluq çeki kilsə espiskopu Kristian Kratz-a təqdim edib.

Kristian Kratz, Strasburq meri Ronald Ries və digər rəsmilər bu addıma görə fondun prezidenti Mehriban Əliyevaya təşəkkür etmişlər. Onlar qeyd ediblər ki, Azərbaycan mədəniyyətlər və dinlər arası dilaoqa töhfə verib və deyiblər ki, bu fond Versal parkının təmirində də iştirak edib.

İanənin kilsənin iki böyük pəncərəsinin təmirinə istifadə ediləcəyi bildirilib.


Günün bütün mövzuları

XS
SM
MD
LG