Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:16

Zabitlər həbs olunmayıb, başqa işə keçiriliblər


Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzi

Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzi

Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzinin (TTM) bir neçə yüksək rütbəli zabitlərinin vəzifələri dəyişdirilib. Bunu «Azadlıq» radiosuna Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Teymur Abdullayev deyib. Ancaq o həmin zabitlərin vəzifələrinin böyüdülməsi və ya kiçildilməsi ilə bağlı izahat verməyib.

Ölkə mətbuatı isə TTM-in bir neçə zabitinin həbs edilməsi haqda yazırdı. Qəzetlərin iddiasına görə yoxlama nəticəsində mərkəzdə külli miqdarda yeyinti faktı müəyyənləşdirilib, Cinayət Məcəlləsinin mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı maddələri ilə cinayət işi başlanılıb.

Teymur Abdullayev isə heç kimin həbs edilmədiyini, qəzetlərdə adları keçən zabitlərin başqa işə keçirildiklərini deyir.

Müdafiə Nazirliyinin rəsmisi onu bildirir ki, zabitlərin başqa işə keçirilməsi həmin hərbi hissədəki əsgərlərin kütləvi xəstələnməsi ilə bağlı deyil.

Mayın 26-da axşam saatlarında TTM-in 164 əsgərinin qəflətən səhhəti pisləşib hospitala yerləşdiriliblər. Onların qidadan zəhərləndiyi deyilsə də, sonradan rəsmilər bildirdilər ki, əsgərlərə soyuq dəyib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG