Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:31

Küçələr cəsədlər və yandırılmış maşınlarla dolu idi...


«Mən Nazranın mərkəzinə getdim və hər tərəfdə atəş səsləri eşitdim. Sərhəd keçid məntəqəsi tamamilə od içində idi»

«Mən Nazranın mərkəzinə getdim və hər tərəfdə atəş səsləri eşitdim. Sərhəd keçid məntəqəsi tamamilə od içində idi»

2004-cü il iyunun 21-i axşam yüzlərlə silahlı çeçen yaraqlısı Nazran şəhərinə daxil olaraq orada özlərindən sonra dağıntı və tələfat qoyub getmişdilər. İnquşetiyadakı bu basqın Kreml üçün böyük həyəcana səbəb olmuşdu. Bundan sonrakı 5 il ərzində Moskva regionda yaraqlıların üsyanların yayılmasının qarşısını almaq üçün elə də böyük iş görə bilmədi. Bu çeçen yaraqlılarının planlaşdırdığı ən uğurlu hücum idi.

NAZRANIN MƏRKƏZİNDƏ DƏHŞƏTLİ MƏNZƏRƏ VAR İDİ

«Azadlıq» radiosunun Şimali Qafqaz xidmətinin müxbiri Əhməd Sultanov bu hadisələri xatırlayarkən belə deyir ki, atəş başlayanda artıq hava qaralmışdı:

«Mən Nazranın mərkəzinə getdim və hər tərəfdə atəş səsləri eşitdim. Sərhəd keçid məntəqəsi tamamilə od içində idi».

Çeçen yaraqlı lideri Şamil Basayevin başçılıq etdiyi gecə üsyanı İnquşetiyanın əsas şəhərində 15 rəsmi binanı, bir neçə şəhəri hədəfə almışdı. Yaraqlılar 5 saatdan sonra geri çəkildilər. Özlərindən sonra isə qırğın qoyub getdilər.

Sultanov deyir ki, Nazranın küçələri cəsədlər və yandırılmış maşınlarla dolu idi.

Nazranın mərkəzində dəhşətli mənzərə var idi. Hər yerdə güllədən deşik-deşik olmuş yandırılmış maşınlar var idi. Maşınlarda güllədən ölmüş insanlar görsənirdi. Bir çox polis öldürülmüşdü. Onların bəzilərini maşınlarından çıxarıb yerə uzatmış və başından vurmuşdular.

Nazarandakı Daxili İşlər Nazirliyinin binası və dəmiryol stansiyasından yanğından sonra əsər-əlamət qalmamışdı. 60-dan çox polis, prokuror, cangüdən, tədqiqatçı öldürülmüşdü. Bir çoxlarını yatdıqları yerdə yaxınlarının gözü qarşısında güllələmişdilər.

O vaxt fəaliyyətdə olan daxili işlər naziri Abukar Kostoyev, deputat Ziyaddin Kotiyev və Nazranın baş prokuroru Muxarbek Buzurtanov da ölənlər arasında idi. Yerli BMT işçisi də daxil olmaqla 25 dinc sakin isə yanğında ölmüşdü.

Nazrana hücumun dəhşətliliyini nəzərə alaraq o vaxtkı prezident Vladimir Putin İnquşetiyanın o vaxtkı prezidenti Murad Zyazikovla danışıqlar aparmaq üçün bu şəhərə uçub.

Putin o zaman təhlükəsiziliyi gücləndirmək məqsədi ilə federal qüvvələrin İnquşetiyada yerləşdirmə əmri və yaraqlıları tapıb məhv etməyə sözü vermişdi. Nazrandakı bu hadisə Kreml üçün yaxşı olmayan bir hal idi.

Özü də bu hadisə Rusiya hökuməti üçün heç də yaxşı olmayan bir vaxtda baş vermişdi. O zaman Çeçenistan prezident seçkisi ərəfəsində idi.

Bu hücumu törədən yaraqlıların məqsədi silah ələ keçirməkdən başqa həm də nəyə qadir olduqlarını göstərmək idi. Onlar həm də sübut etməyə çalışırdılar ki, Moskvanın yaraqlıların fəaliyyətinin zəifləməsi iddiaları düzgün deyil.

«ONLAR GÖSTƏRMƏK İSTƏYİRDİLƏR Kİ, ŞİMALİ QAFQAZDA REJİMİ SİLKƏLƏYƏ BİLƏRLƏR»

Çeçen siyasi şərhçi Timur Mirzəeyv bu hücumu güc tamaşası adlandırıb:

«Bu istisna bir hücum idi. Burada yaraqlıların mənfəət güdmədikləri bir güc tamaşası idi. Onlar heç bir siyasi tələb irəli sürmürdülər, onların təzyiq göstərmə niyyətləri yox idi, onlar danışıqlar məqsədilə gəlməmişdilər. Onlar sadəcə göstərmək istəyirdilər ki, Şimali Qafqazda rejimi silkələyə bilərlər».

Bu hadisədən bir neçə gün sonra çeçen yaraqlılarına məxsus internet səhifəsində video yerləşdirildi. Həmin videoda Basayev olduğunu deyən bir şəxs silahları sadalayıb şikayət edirdi ki, bu qədər silahı daşımağa maşınları çatmır:

«Biz indi Daxili İşlər Nazirliyinin silah anbarıyıq. Əlimizdə 700 tüfəng, 800 pistol, 1 milyona yaxın müxtəlif kalibr, təchizat və uniforma var. Sadəcə maşınınız çatmır».

Həmin adam onu da əlavə edir ki, bu hücum çeçen və inquş yaraqlıları tərəfindən aparılıb. Bəzi şahidlər yaraqlıların arasında inquşların olduğunu demişdilər.

Nazrana hücum həm də ona işarə idi ki, çeçen münaqişəsi yalnız Çeçenistan tərkibində qalmırdı, respublikanın hüdudlarına da keçirdi.

«Azadlıq» radiosunun müxbiri Əhməd Sultanov deyir ki, Nazrana hücum zamanı əhalinin bir çoxu evlərindən çıxıb yaraqlıları ruhlandırırdı.

İnquş jurnalisti Timur İsmayilov deyir ki, İnquşetiyada o zamankı prezident Murad Zyazikovun dövründə zorakırlıq idi:

«Zyazikov prezident olandan bir ay sonra respublikada terror başladı. İnsanları oğurlayıb öldürürdülər. Nə rəsmilər, nə də adi insanlar qanuna əməl edirdilər. Biz çoxları hakim dairələrə qarşı çıxırdı. Çünki onlar günahsız insanları yaxınlarının gözləri qarşısında öldürürdülər. Bu cür qanunsuzluğun hökm sürdüyü bir şəraitdə də Basayev güclü dəstək qazanmışdı».

BASAYEV ÖLDÜRÜLDÜ, ZYAZİKOV İŞDƏN ÇIXARILDI

Basayev 2006-cı il İnquşetiyada xüsusi əməliyyatında öldürüldü.

Zyazikov isə keçən il prezidentlikdən kənarlaşdı və bu xəbəri insanlar nəğmə və rəqslə qarşıladırlar.

Lakin yeni prezident Yunusebek Yevkurov yerli hakimiyyətdə arxa qazanma cəhdi eləmədi. O, bəzi təhlükəsizlik orqanlrı işçilərini adam oğurluğunda ittiham edərək məhkəməyə cəlb etdi.

Əhməd Sultanov deyir ki, o hakimiyyətə gələndən sonra hətta müxalifət belə vəziyyətin dəyişəcəyəinə ümid edirdi.

İnquşetiya prezidenti Yunusbəy Yevkurova qarşı iyunun 22-i sui-qəsd olub. Dövlət başçısının maşın kortejinin getdiyi yolda mina partladılıb.

Nəticədə prezident və mühafizəçisi yaralanıb. Y.Yevkurovun qardaşı isə hadisədən az sonra ölüb.

Hadisə yerli vaxtla saat 8:40-da baş verib. Məlumatı Rusiyanın Daxili İşlər Nazirliyi yayıb.

Rusiya saytları xəbər verir ki, prezidentin maşın kortejinin yolunda partlayan minanı terrorçu-kamikadze hərəkətə gətirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG