Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:28

Avropa Birliyi İrana xəbərdarlıq eləyir


Avropa Birliyi İranın ittihamlarını əsassız sayır və səfirlərə xəbərdarlıq eləyir


Avropa Birliyinin bəzi iri dövlətlərinin İrandakı rejimi dəyişmək istəməsiylə bağlı ittihamları əsassız və qəbuledilməzidir. Avropa Birliyinin iyunun 22-də yaydığı bəyanatda belə deyilir.

Bəyanatda qeyd olunur ki, Avropa Birliyinin 27 üzvünün hamısı İranın suverenliyinə hörmət edir. Ancaq, irandakı dinc nümayişçilərə qarşı aşırı gücdən istifadə edilməsindən də narahatlıq keçirir.

Avropa Birliyi Iran hakimiyətini vətəndaşlarının dinc toplaşmaq azadlığına hörmət eləməyə, kütləvi həbslərdən, zor tətbiqindən, media azadlığı və jurnalist fəaliyyətini məhdudlaşdırmaqdan çəkinməyə çağırıb.

Avropa Birliyinin iki ölkəsi, Çexiya və Almaniya Tehran rejiminin açıqlamalarına diqqət etməsiylə bağlı İranın öz ölkələrindəki səfirlərinə xəbərdarlıq eləyib.
XS
SM
MD
LG