Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:24

Kərrubi təkrar seçki tələbini yeniləyib


“Vaxt itirmədən seçkinin nəticələri l’ğv olunsun və təkrar seçki keçirilsin”. 12 iyundakı president seçkilərində İran prezidentliynə namizəd olan Mehdi Kərrubi Mühavizlər Şurasına bugünkü müraciətində belə deyib.

Kərrubi bildirib ki, bir neçə səsi saymağa vaxt itirməkdənsə təkrar seçki keçirmək lazımdır.

Öz internet saytı vasitəsilə tərəfdarlarına müraciət edən Kərrubi, həmçinin bu həftənin cümə axşamında seçkisonrası aksiyalarda həlak olanlara matəm günü kimi qeyd eləməyə də çağırıb.

İranın dövlət radiosunun məlumatlarına görə, seçkinin nəticlərinə etiraz edənlərlə dövlət qüvvələri arasındakı toqquşmalarda azı 17 nəfər həlak olub, 100-lərlə yaralı var. Seçkidən bu yana baş verən iğtişaşlarla görə azı 457 nəfər də həbs olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG