Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:09

«Vasitəçilər razılaşmanın iyulun ortalarınadək əldə ediləcəyinə ümidlidirlər»


Həmsədrlər Praqada, 7 may 2009
Həmsədrlər Praqada, 7 may 2009
«Vasitəçilər Azərbaycan və Ermənistan arasında sülhün prinsiplərinə dair razılaşmanın iyulun ortalarınadək əldə ediləcəyinə ümidlidirlər». Bunu ATƏT-in Minsk Qrupunun həmsədri Metyu Brayza «Reuters» Agentliyinə müsahibəsində deyib.

ABŞ Dövlət katibinin yardımçısının müavini onu da deyib ki, o və rusiyalı və fransalı həmkarları 2009-cu ilin sonuna qədər tam çərçivə razılaşmasının olacağını güman edirlər.

Amma Brayza indiyə qədərki razılaşmalarda olduğu kimi son anda pozuluşma riskinin olduğunu da qeyd edib.

«Biz bu qədər irəli getmişiksə, bu, vasitəçilərin Ki Uest və ondan əvvəlki razılaşmalardakı nailiyyətlərilə eynidir. Bundan da irəli gedəcəyimizə inanmaq üçün elə bir səbəb göstərə bilmərəm»,- Brayza agentliyə telefonla müsahibəsində deyib:

«Mən bilirəm ki, biz çox irəli getmişik. Mənə bu istiqamətdə davam edəcəyimizi deyən məntiqdir».

Brayza deyib ki, həmsədrlər Serj Sarkisyan və İlham Əliyevi ən geci iyulun ortasında bir araya gətirəcəklərinə ümid edirlər:

«Biz ümid edirik ki, onlar iyulun ortalarında görüşsələr, baza prinsiplərinin bütün elementləri ilə bağlı konseptual razılıq əldə edəcəklər».

Onun sözlərinə görə, tərəflər detalları razılaşdırmaq üçün üç səhifə yarımlıq mətni sətirbəsətir müzakirə edəcəklər:

«Hədəfdə bunun ilin sonunadək baş verməsidir. Bundan sonra biz deyə bilərik ki, çərçivə razılaşması əldə edilib».

Brayza deyib ki, son razılaşma güman ki, xalqların iradəsini əks etdirən səsvermədən asılı olacaq:

«Biz Dağlıq Qarabağın yekun hüquqi statusunda öz müqəddəratını təyinetmə prinsipini səsvermə üsulu ilə əks etdirmək istəyirik, amma bu belə olmalıdır ki, yaxın gələcəkdə Azərbaycanın ərazi bütövlüyünə təsiri olmasın».
XS
SM
MD
LG