Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:50

«Bakı» Litva klubu ilə qarşılaşacaq


Püşk «Bakı»nı Litva klubu ilə qarşılaşdırdı
Futbol üzrə Azərbaycan çempionu «Bakı» Çempionlar Liqasının (ÇL) 2-ci seçmə mərhələsində Litvanın «Ekranas» klubu ilə qarşılaşacaq.

İyunun 22-də İsveçrənin Nyon şəhərində atılmış püşk «Bakı»nı Litva klubu ilə qarşılaşdırıb.

Keçən mövsüm ÇL-in qrup mərhələsində uğurlu çıxış etmiş Belarusun BATE klubu Makedoniyanın «Skopye» klubu ilə qarşılaşacaq.

İlk oyunlar 14-15 iyul, cavab qarşılaşmaları isə iyulun 21-22-də olacaq.

UEFA Avropa Liqasının birinci seçmə mərhələsində isə «İnter» (Bakı) «Spartak Trnava» (Slovakiya) ilə qarşılaşacaq. «Simurq» (Zaqatala) isə «Bney Yehuda» (İsrail) ilə qüvvəsini sınayacaq.

İlk oyunlar iyulun 2-i, cavab qarşılaşmaları isə iyulun 9-da keçiriləcək.

Ağdamın «Qarabağ» klubu Avropa Liqasına ikinci mərhələdən qoşulacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG