Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:39

Gəncə-Daşkəsən yolunda maşın tıxacları


«Ötən il təmir edilmiş Gəncə-Daşkəsən yolunun min metrini sel suları məhv edib. Yoldakı 15 su keçidində tıxaclar yaranıb»

Bu barədə Daşkəsən rayon İcra Hakimiyyəti başçısının müavini Cavanşir Qocayev məlumat verib. O, bildirib ki, sözügedən yolun 14-cü kilometrindən 24-cü kilmetrinədək yol yararsız halda olduğundan avtomombillərin hərəkətində məhdudiyyətlər yaranıb. Hazırda hərəkətin bərpası üçün işlər gedir. Güclü leysan yağışı iyunun 20-də yağıb.

Sel həmçinin Bayan-Çovdar kəndlərindəki əkin sahələri məhv edib. Xeyli sayda mal-qaranı aparıb. Dəyən ziyanın məbləği dəqiqləşdirilir.
XS
SM
MD
LG