Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:40

Araz Əzimov: «İrandakı hadisələrin müsbət həllinin tərəfdarıyıq»


«Azərbaycan qonşu ölkə kimi İranda sabitliyin tezliklə həll olunmasını istəyir».

Bu fikirləri Azərbaycan Xarici İşlər nazirinin müavini Araz Əzimov İranda baş verən hadisələrlə bağlı jurnalistlərin suallarına cavab verərkən deyib:

«İran qonşu ölkədir, biz orda baş verən hadisələrin müsbət həllinin tərəfdarıyıq».

A.Əzimov inanmır ki, İranda baş verənlər bu ölkədə hansısa böhrana səbəb olsun. Amma nazir müavini hesab edir ki, əgər qonşu ölkədə hər hansı böhran baş verərəsə, bu, Azərbaycana təsirsiz ötüşməyəcək.

İyunun 12-də İranda keçirilən prezident seçkisindən sonra müxalifət tərəfdarları bir sıra etiraz aksiyaları keçiriblər. Ölən və yaralanan var.
XS
SM
MD
LG