Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:25

Iran Keşikçilər Şurası seçkidə pozuntuların olmasını qəbul edib


Iranda Keşikçilər Şurası seçkidə qanun pozuntularının olması faktını qəbul edib. Şuranın sözçüsü Abbas Əli Kadxo deyib ki, 50 şəhərdə hesablanan səslərin sayı seçici sayından çox olub. O, İran İslam Respublikası Yayım televiziayaısna bildirib ki, beləliklə də 3 milyon seçki bülleteni şüdhə altın alınıb. Lakin onun sözlərinə görə bu seçkinin nəticələrinə təsir eləmir.

Müxalif lider Mir Hüseyn Musəvi öz tərəfdarlaırnı prezident seçkisinin nəticələrinə etiraz olaraq aksiyaları davam etdirməyə çağırıb.

Tehranda isə gərgin vəziyyət davam edir. İyunun 21-i müxalifətin ayrı-ayrı çıxışları olub. Tehran səmalarında vertolyotlar dolaşıb, şəhərin şimalında isə atışma səsləri eşidilib.

İran dövlət televiziyalarının verdiyi məlumat görə iyunun 20-i baş verən nümayişlərdə 10 nəfər həlak olub, 100-dən çox adam yaralanıb. İranın ali dini lideri Ayatolla Əli Xamaneyi insanları aksiyaları başa çatdırmağa çağırsa da nümayişlər davam edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG