Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:37

Avropa Birliyinin Gürcüstandakı missiyasının sürücüsü həlak olub


Gürcüstanla onun separatçı bölgəsi Abxaziya sərhəddi yaxınlığında baş vermiş partlayışda Avropa Birliyi müşahidəçilər missiyasının sürücüsü həlak olub, missiyanın həkimi isə yaralanıb.

Gürcüstanın xarici işlər nazirliyi sürücünün gürcü olduğunu deyir.

Hazırda Avropa Birliyinin regionda 225 müşahidəçisi var.

Onlar Gürcüstanın separatçı bölgələri Abxaziya və Cənubi Osetiya sərhədləri boyunca uzanan təhlükəsizlik zolağına nəzarət eləyir.

Tərəflər arasında belə bir razılaşma ötən ilin avqustunda Rusiyanın Gürcüstana hərbi müdaxiləsindən sonra əldə olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG