Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:41

Avropa Birliyinin Gürcüstandakı müşahidəçisi yaralanıb


Gürcüstanla onun separatçı bölgəsi Abxaziya sərhəddi yaxınlığında baş vermiş partlayışda Avropa Birliyi müşahidəçilər missiyasının bir üzvü yaralanıb.

Missiyanın sözçüsü onun həkim olduğunu deyir.

Hadisənin detalları və yaralının vəziyyəti barədə hələlik məlumat yoxdur.

Hazırda Avropa Birliyinin regionda 225 müşahidəçisi var.

Onlar Gürcüstanın separatçı bölgələri Abxaziya və Cənubi Osetiya sərhədləri byunca uzanan təhlükəsizlik zolağına nəzarət eləyir.

Tərəflər arasında belə bir razılaşma ötən ilin avqustunda Rusiyanın Gürcüstana hərbi müdaxiləsindən sonra əldə olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG