Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:57

İraqda partlayışda ölənlərin sayı 67-ə çatıb


Dünən İraqın Şimalında törədilmiş terror aktında ölənlərin sayı 67-ə çatıb.

Uşaq və qadınlar da daxil olmaqla 200-dən çox adamsa yaralanıb.

Kərkükün yaxınlığında yerləşən Taza şəhərindəki şiə məsçidində insanlar ibadətdən çıxarkən intiharçı minalanmış maşını partladıb.

Bu son il ərzində İraqda törədilmiş ən böyük terror aktıdır.

İyunun 30-da ABŞ qüvvələri İraqın şəhərlərindən çıxarılmalıdır.

İraqın baş naziri Nuri əl Maliki insanları ruhdan düşməməyə çağırıb və bildirib ki,
yaraqlılar bundan sonra ölkədə gərginlik yaratmağa, hücumları artırmağa cəhd göstərsə də ölkənin təhlükəsizlik qüvvələri buna imkan verməyəcək.
XS
SM
MD
LG