Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:21

Şimali Koreyadan çıxan şübhəli gəminin səmti bəllidir


Cənubi Koreya kəşfiyyatı Şimali Koreyaya məxsus yük kəmisinin hansı məntəqəyə getdiyini aydınlaşdırıb.

Gəmidə silah və ya sursat olduğu təxmin edilir.

Cənubi Koreya mətbuatının məlumatına görə Kan Nam adlı gəmi " Myanmar"a gedir.

Amma yükün kimə məxsus olduğu hələlik dəqiq bilinmir.

Gəmi Şimali Koreyadan ötən çərşənbə günü çıxıb.

Bundan əvvəl gəminin Sinqapura getdiyi güman edilirdi.

Bu BMT-nin sanksiyalarından sonra Pxenyanın ilk cəhdidir.

Şimali Koreya bu yaxınlarda nüvə və raket sınaqları keçirdiyinə görə BMT-nin təhlükəsizlik şurası ona qarşı bir sıra yeni sanksiyalar tətbiq edib.

Bu sanksiyalarda Şimali Koreyaya silah satışı və ya ondan silah alınmasının qadağan edilməsi habelə bu ölkəyə girən və çıxan şübhəli yüklərin yoxlanması və müsadirə edilməsi nəzərdə tutulur.
XS
SM
MD
LG