Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:37

«Azərbaycandan getmək çıxış yolu deyil»


Sahib Məmmədov və Hafiz Həsənov
Sahib Məmmədov və Hafiz Həsənov
«Azərbaycandan getmək çıxış yolu deyil».

Bunu «Panorama» verilişində Vətəndaş Cəmiyyətinin Müdafiəsi Komitəsinin üzvü Hafiz Həsənov dedi. O düşünür ki, «QHT-lər haqqında» qanuna dəyişikliklər qəbul edilərsə, artıq onların əvvəlki qaydada fəaliyyət göstərməsi mümkün olmayacaq. Ancaq bu, heç də Azərbaycandan getməyə əsas ola bilməz:

«Belə təkliflər var ki, Gürcüstana gedib orada fəaliyyət göstərək. Gürcüstanda təşkilat yaradıb, qeydiyyatdan keçmək 3 günün işidir. Ancaq məqsəd Azərbaycanda vətəndaş cəmiyyətini, demokratiyanı inkişaf etdirməkdirsə, onda Gürcüstana getməyin mənası qalırmı? Gürcüstanda yalnız özümüz üçün fəaliyyət göstərə bilərik…».

H.Həsənov deyir ki, Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının son təklifləri də vəziyyəti prinsipcə dəyişmir:

«Bu, sadəcə parlamentin müzakirəsinə çıxarılan dəyişikliklər layihəsində bir sıra məhdudiyyətlərin yumşaldılmasıdır…».

Parlamentin müzakirə etdiyi layihədə qeyd edilir ki, QHT-lərin büdcəsinin 50 faizdən çoxu xarici donorlar hesabına formalaşa bilməz. QHT-lərə Dövlət Dəstəyi Şurası isə 50 faizin 80 faizlə əvəzlənməsini təklif edir. Üstəlik, Şura başqa bir sıra məhdudiyyətlərin də yumşaldılmasını təklif edir.

H.Həsənov isə hesab edir ki, məhdudiyyətləri yumşaltmaqdansa, tamamilə layihədən çıxarmaq lazımdır:

«Avropa məkanında QHT-lərin fəaliyyətinə heç də belə məhdudiyyətlər yaradılmır. Bu, Azərbaycanın üzərinə götürdüyü öhdəliklərlə də ziddiyyət yaradır…».

QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Sahib Məmmədov isə deyir ki, onların təklifləri reallıqları nəzərə alır:

«Biz də başa düşürük ki, bu təkliflər tam məhdudiyyətləri aradan qaldırmır. Ancaq biz hakimiyyət rəsmiləri ilə danışıqlardan sonra bu təklifləri vermişik. Biz təkliflərin qəbul edilə bilinəcəyini nəzərə almışıq. Əks halda, daha kəskin təkliflər kənara qoyulacaq…».

S.Məmmədov düşünür ki, parlamentin müzakirəsinə çıxarılan dəyişikliklər hakimiyyətin son illər QHT sektoru ilə bağlı yürütdüyü siyasətlə də uyuşmur:

«Əslində Azərbaycanda indi vətəndaş cəmiyyətinin rolunun daha da artırılması müzakirə edilməliydi. Təəssüf ki, layihə gözləntiləri doğrultmadı…».

Buna da bax:

XS
SM
MD
LG