Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:22

Kərkükdə 25 nəfər ölüb,100-dən artıq adamsa yaralanıb


İraqın Kərkük şəhərində törədilmiş partlayışda 25 nəfər ölüb, 100-dən artıq adamsa yaralanıb.

Agentliklərin məlumatına görə intiharçı minalanmış maşını şiə məsçidinin yanında partladıb.

Birləşmiş Ştatların hərbi birləşmələri bir həftədən sonra İraqın şəhərlərindən çıxarılmalıdır.

İraqın baş naziri Nuri əl Maliki bunu böyük qələbə hesab edir.

Əl Maliki deyib ki, yaraqlılar hücumları artırmağa cəhd göstərsələr də ölkənin təhlükəsizlik qüvvələri buna imkan verməyəcək.
XS
SM
MD
LG