Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:52

Tehranın mərkəzinə yenidən minlərlə adam çıxıb


Hakimiyyətin qadağası və xəbərdarlığına baxmayaraq bu gün yenidən Tehranın mərkəzinə minlərlə adam çıxıb.

Şahidlərin dediklərinə görə 3 hissədə toplaşan nümayişçiləri yüzlərlə polis və hərbiçi izləyir.

Bir sıra müxalifət qrupları bundan əvəl hökumətin icazə verməməsini əsas gətirərək bu günə nəzərdə tutulmuş nümayişin təxirə salınıdığını deyirdilər.

Amma müxalifət liderlərindən heç biri bu barədə elə bir bəyanat verməyiblər.

İranın Təhlükəsizlik Şurası bu gün müxalifət liderlərinə xəbərdarlıq edib ki, istənilən icazəsiz nümayişə görə məsuliyyət daşıyacaqlar.

Yüksək səlahiyyətli polis nümayəndəsi Radan:

"Qeyd edim ki, ötən həftə keçirilmiş bütün etirazlar qanusuz idi.
Və bu gündən başlayaraq seçkilərlə bağlı istənilən etiraz aksiyası qanunsuz sayılacaq və polis buna qəti və kəskin cavab verəcək".


Həmçinin İranın ali dini lideri Ayatolla Əli Xamenei dünən etiraz aksiyalarını dayandırmağa çağırıb və xəbərdarlıq edib ki, istənilən qanlı hadisəyə görə təşkilatçılar məsuliyyətə cəlb olunacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG