Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:37

«Təki hamı bu itlə pişik kimi dolansın»


İt 2 ay əvvəl Çindən, pişiksə 1 ay əvvəl Rusiyadan gətirilib
Bakıda – Dilarə Əliyeva küçəsi 117 ünvandakı balaca bir köşkdə, kiçik bir qəfəsdə yaşayırlar. 4 aylıq itlə 2 aylıq pişik bir yerdə yemək yeyib, bir yerdə oynayandan sonra bu qəfəsdə olurlar. Yorulanda isə qucaqlaşıb yatırlar. İtin adı Ceki, pişiyin adı Masyadır.

İt 2 ay əvvəl Çindən, pişiksə 1 ay əvvəl Rusiyadan gətirilib. Ancaq bir-birlərinə tez öyrəşiblər. Onların sahibi Alik deyir ki, onlar ilk günlərdən bir-birilərinə isinişiblər.

Alik çoxundan münasibətləri pis olan adamlar haqqında «filankəs itlə pişik kimi dolanır» ifadəsini eşidəndə təəccüblənir. Deyir «təki hamı mənim itimlə pişiyim kimi dolansın. Nə olub itlə pişiyin münasibətinə, yaxşı olar ki, adamlar pis münasibətlərini başqa cür adlandırsınlar. Yoxsa mənim itimlə pişiyimin xətrinə dəyər».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG