Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:21

ABŞ Əfqanıstanda 26 dinc sakinin ölümünü təstiqləyir


ABŞ komandanlığı təstiq edib ki, mayın əvəllərində Əfqanıstanın qərbində keçirilmiş hava əməliyyatında 26 dinc sakin ölüb.

Amma hərbiçilər ölü sayının bundan çox olmasını da istisna etmirlər.

Komandanlıq ötən cümə axşamı istintaqın nəticələrini açıqlayıb.

Əfqanıstanın hakim dairələri deyir ki, mayın 4-də keçirilmiş əməliyyat zamanı 140 dinc sakin ölüb.

Kolaisiya qüvvələrinin Əfqanıstanda apardığı hərbi əməliyyatlar zamanı dinc sakinlərin ölümü Kabillə Vaşinqton arasında gərginlik yaradır.
XS
SM
MD
LG