Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:12

İranın İnqilab Şurası mübahisəli prezident seçkilərini müzakirə edir


İranın İnqilab Şurası isə təcili yığıncaqda seçkinin nəticələrini müzakirə edir.

Şura prezidentliyə 3 namizəd Mirhüseyin Musavi, Mehdi Karrubi və Möhsüm Rzayinin şikayətlərinə baxacaq.

Onlar seçkinin saxtalaşdırıldığını və təkrar seçki keçirilməsini təkid edirlər.

Amma İnqilab Şurası bildirib ki, yalnız bəzi mübahisəli səslər yenidən sayıla bilər.

İranın ali dini lideri Ayatolla Əli Xamenei dünən seçkinin ədalətli keçirildiyini və indiki prezident Mahmud Əhmədinejadın qalib gəldiyini deyib.

O həmçinin ölkədə etiraz aksiyalarını dayandırmağa çağırıb və xəbərdarlıq edib ki, təşkilatçılar hər hansı qanlı hadisəyə görə məsuliyyətə cəlb olunacaq.


XS
SM
MD
LG