Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:28

Məktəbdən qənd oğurlayanlara 10 il cəza verildi


Özbəkistanda məktəbin mətbəxindən köhnə soyuducunu, bir neçə kiloqram şəkəri və dörd şüşə keçapı oğurlamağa görə altı adama işgəncə veriblər.

“Ezqulik” adlı insan haqlarını müdafiə qrupu məlumat verir ki, 19-24 yaşa arasında olan bu cavan oğlanları Daşkənddə polis idarəsində döyüblər. Onlar hətta məhkəməyə çıxarılanda da bədənlərində əziklər olub. Prokuror özü də işgəncəni təsdiq edib.

Keçən il saxlanmış gənclərə iyunun 19-da 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG