Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:54

Avropa yeni qaz böhranı təhlükəsi ilə üz-üzədir


Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozo bu gün Avropa Birliyi ölkələrinin təcili iclasının toplaşmalı olduğunu bildirib. O deyib ki, gələn həftə toplaşaraq Ukraynanın Rusiyadan aldığı qaza görə borcunun ödənilməsi yollarını müzakirə etmək lazımdır ki, keçənilki kimi qaz böhranı yaranmasın.

Avropa Komissiyasının prezidenti deyir ki, bu cür toplantıya beynəlxalq maliyyə təşkilatları da dəvət oluna bilərlər.

Ukrayna Avropa Birliyindən 4.2 milyard dollar bor istəyib ki, Rusiyaya olan borcunu ödəsin. Amma Barrozo Avropa Birliyinin büdcəsində bu pulun olmadığını bildirir.

Rusiya ilə Ukraynanın qaza görə borc mübahisəsi üzündən yanvar ayında Şərqi və Mərkəzi Avropada bir çox ölkənin qazı kəsilmişdi. Rusiyanın Avropaya satdığı qazın 80%-ə yaxını Ukrayna ərazisindən keçir.
XS
SM
MD
LG