Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:41

Gədəbəyin 8 kəndinin rayon mərkəzi ilə əlaqəsi kəsilib


Cəfərli çayı üzərindəki həm piyada, həm də maşın üçün olan beton körpü tamamilə uçub
Cəfərli çayı üzərindəki həm piyada, həm də maşın üçün olan beton körpü tamamilə uçub
Gədəbəyə yağan güclü yağış çayları daşırıb. Sel 8 kəndi birləşdirən körpünü uçurub. Onlarla sakin dünəndən etibarən evlərinə getməyə yol tapa bilmirlər.

«Dağlara dolu düşdü. Sel körpülərimizi yuyub apardı. Bu körpü mərkəzə gedən körpüdür;

Axşam təxmini saat 5-dən Şəmkir tərəfdən ildırım çaxdı. Ani bir anda yağış imkan vermədi camaat mal-qarasını yığsın aparsın. Hamısını sel apardı;

Böyük maşınlar keçir bu kəndlə bir az əlaqə var. O biri kəndləsə əlaqə heç yoxdur».

Cəfərli çayının üzərində həm maşın həm də piyada üçün olan beton körpü tamamilə uçub. Çayın suyunun həcmi artdığından çayın içi ilə də hərəkət etmək mümkün deyil. Dünəndən rayonun əksər yerlərində elektrik enerjisi də kəsilib. Evlərinin dam örtüyü dağılan və mal-qarası tələf olan sakinlər təbiət hadisəsinin nəticəsindən narahatdırlar. Sel yumuş palçıqlı yollarda maşınlar da güclə hərəkət edir.

Gədəbəy rayon İcra Hakimiyyəti başçısı Kamran Rzazadə isə deyir ki, selin fəsadlarının aradan qaldırılması üçün aidiyyatı qurumlara müraciət edilib:
«Onun nəticələrini aradan qaldırmadan dünən axşam saat 21 radələrində bizim Daryurd kəndi ətrafında dolu düşdü. Onun selləri Daryurd Cəfərli kəndləri birləşən yerdə olan körpünü tam sıradan çıxardı. Həmin körpünü biz ötən il istifadəyə vermişdik. Üstündən az müddət keçməsinə baxmayaraq sel o körpünü də sıradan çıxardı. Artıq bizim 8 kəndin rayon mərkəzi ilə demək olar ki, əlaqəsi kəsilib. Artıq onun nəticələrinin aradan qaldırılması məqsədilə aidiyyatı təşkilatlara məlumat vermişik. Əsasən körpülərin bərpası üçün Nəqliyyat Nazirliyinə məlumat vermişik. Körpü bərpası asan bir şey deyil. İcra hakimiyyətinin buna imkanı çatmaz».

Rayon Fövqəladə Hallar Komissiyasının sədr Qüdrət Paşayev deyir ki, ötən günlərdə rayona dolu düşməsi nəticəsində əhaliyə dəyən ziyan müəyyənləşib. Yaxın günlərdə əhaliyə dəyən ziyan da ödəniləcək.

Son günlərdə Gədəbəyə dolu düşməsi nəticəsində Fövqəladə Hallar Komissiyası 1300-dən çox rayon sakininə ziyan dəyməsini müəyyən edib. Rayonun mərkəzi, Ərtəpə, Söyüdlü, Qaradağ və Arıqdam kəndləri daxil olmaqla 27 min 500 dam örtüyü sıradan çıxıb. 450 hektara yaxın təsərrüfat sahələri məhv olub. Bundan başqa onlarla elektrik, telefon dirəyi və qaz sayğacı yararsız hala düşüb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG