Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:24

Qırğızıstan Əfqanıstana yüklərin daşınması üçün açıqdır


Bunu Qırğızıstandın Xarici İşlər naziri Kadırnek Sarnayev iyunun 19-da bildirib. Onun dediyinə görə Əfqanıstana qeyri-hərbi yüklərin Qırğızıstan ərazisindən daşınmasına dair razılıq əldə ediblər.

Amma nazir razılaşmanın detalları barədə məlumat verməyib.

ABŞ Əfqanıstana yüklərin göndərilməsində Qırğızıstanın Manas hərbi hava bazasından istifadə edir. Amma bundan əvvəl Bişkek ABŞ-dan xahiş edib ki, həmin bazadan istifadə dayandırsın.

Qırğızıstandın Əfqanıstana gedən quru yollarda isə asfalt olmadığından bura sürəti saatda 25-30 kilometrdən yuxarı qaldırmaq mümkün deyil.
XS
SM
MD
LG