Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:29

Xamneyi: «Əhmədinejad seçkilərdə qəti qələbə qazanıb»


Mahmud Əhmədinejad prezident seçkilərində qəti qələbə qazanıb. İranın Ali Ruhani lideri Ayətullah Əli Xamneyi iyunun 19-da iranlılara müraciətində belə deyib. O bildirib ki, 40 milyon seçicinin 24 milyon yarımı Əhmədinejada səs verib.

A. Xamneyi seçkilərdə müxalifətin iddia etdiyi kimi saxtakarlığın olmadığını deyib.
Bildirib ki, seçkilər insanların İslam sisteminə olan inamını nümayiş etdirib.

Ali Ruhani lider küçə etirazlarını dayandırmağa çağırıb, deyib ki, seçkinin nəticələri küçədən yox, seçki qutularından gəlib.

Yüz minlərlə müxalifət tərəfdarı M.Əhmədinejadın yenidən seçilməsinə etiraz olaraq, son 6 gündə Tehranda etiraz aksiyaları keçirib.

Müxalifət tərəfdarları seçkinin nəticələrinin ləğv edilməsini və təkrar seçkilərin keçirilməsini tələb edir.
XS
SM
MD
LG