Keçid linkləri

2024, 30 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 05:37

Polis QHT təmsilçilərinin aksiyasına imkan vermədi


Vətəndaş Cəmiyyətinin Müdafiə Komitəsinin aksiyası
Vətəndaş Cəmiyyətinin Müdafiə Komitəsinin aksiyası
İyunun 19-da Vətəndaş Cəmiyyətinin Müdafiə Komitəsinin üzvləri parlamentin qarşısında aksiya keçirməyə cəhd göstərdi. Onlar Milli Məclisdə müzakirəsi gözlənən «QHT-lər haqqında» qanuna əlavə və dəyişikliklərə etiraz edirdilər. Amma polis aksiyaya imkan verməyib QHT təmsilçilərini ərazidən uzaqlaşdırdı.

Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyev dedi ki, meriya aksiyaya icazə vermədiyi üçün onlar piketə imkan verməyəcəklər.

Vətəndaş Cəmiyyətinin Müdafiə Komitəsinin üzvü Qubad İbadoğlu aksiyanın qətnaməsini oxumaq istəsə də, polis ona son cümləsini bitirməyə imkan verməyib kağızı alıb cırdı.

Qətnamənin oxunub başa çatmasına imkan verilməməsi QHT təmsilçiləri arasında narazılıq yaratdı. Sonradan Yaşar Əliyev Qubad İbadoğlunun qətnaməni Milli Məclisin aparat rəhbərliyinə təqdim etməsi üçün onun polisin müşayiətilə parlamentə getməsinə razılıq verdi.

Aksiyanı baş tutmuş sayan QHT təmsilçiləri bildirdilər ki, onlar qanun layihəsinə etirazlarını ictimaiyyətə çatdırdılar və Milli Məclisin buna münasibətini gözləyəcəklər.

Aksiyanı beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin təmsilçiləri də izləyirdi.

Bir sıra beynəlxalq təşkilatlar, Avropa Şurası, ATƏT və ABŞ səfirliyi hökuməti QHT-lərlə bağlı qanuna əlavə və dəyişikliyi təxirə salmağa çağırıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG