Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:22

«Azərbaycan İranda sabitliyin bərpa olunmasında maraqlıdır»


Azərbaycan İranda sabitliyin bərpa olunmasında maraqlıdır. Yaponiyada səfərdə olan Azərbaycanın Xarici İşlər Naziri Elmar Məmmədyarov «Kyoto» agentliyinə müsahibədə belə deyib.

Nazir bildirib ki, «biz İran xalqının hazırkı vəziyyətlə bağlı birgə qərar qəbul etməsində və ölkədə sabitliyin bərpa olunmasında maraqlıyıq».

E. Məmmədyarov Azərbaycan üçün İranın sabit və çiçəklənən ölkə olmasının vacibliyindən danışıb, İranın mübahisəli nüvə proqramına da toxunub. XİN deyib ki, «BMT üzvü olan istənilən ölkənin dinc məqsədli nüvə proqramını inkişaf etdirmək hüququ var» .

E. Məmmədyarov hesab edir ki, problem təzyiq yolu ilə deyil, «yalnız diplomatik yolla» həll olunmalıdır.

Azərbaycanın NATO-ya üzvlük məsələsinə toxunan Məmmədyarov bildirib ki: «hər şey hadisələrin necə inkişaf etməsindən asılıdır. Ancaq hazırda bu məsələ Azərbaycanın səylərinin bir hissəsi deyil».

Günün bütün mövzuları

XS
SM
MD
LG