Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:38

Musəvinin minlərlə tərəfdarı yas mərasiminə çıxıb


Musəvinin tərəfdarları küçə yürüşü və son günlər etiraz aksiyalarında ölənlər üçün yas mərasiminə başlayıblar

Musəvinin tərəfdarları küçə yürüşü və son günlər etiraz aksiyalarında ölənlər üçün yas mərasiminə başlayıblar

İranda prezident seçkisində namizəd olmuş Mir Hüseyn Musəvinin tərəfdarları küçə yürüşü və son günlər etiraz aksiyalarında ölənlər üçün yas mərasiminə başlayıblar. Bundan əvvəl Musəvi öz tərəfdarlarını dinc mitinqlərə, məscidlərə yığışıb ölən və yaralananların ailələri ilə həmrəylik göstərməyə çağırıb.

Beynəlxalq informasiya agentliklərinə aksiyanı işıqlandırmaq qadağan olunub.

Musəvi və keçmiş prezident Məhəmməd Xatəmi hakimiyyəti son günlər etiraz aksiyalarına görə saxlanan adamları azad etməyə çağırıblar.

İyunun 18-i Mühafizlər Şurasının sözçüsü Abbas Əli Kətxudati bildirib ki, seçkidə qanun pozuntuları barədə iddiaların araşdırılması üçün gələn həftə Şuranın iclası keçiriləcək və iclasa prezidentliyə namizədlərin dördü də dəvət ediləck:

- Bu, onlara imkan verəcək ki, müzakirəsini istədikləri məsələləri qaldırsınlar. Eyni zamanda da namizədlərin hamısı ilə ünsiyyət imkanı olacaq.

İyunun 12-də keçirilən seçkinin elan olunan nəticələrinə etiraz edən adamlarla polis arasında qarşıdurmada ən azı 7 adam öldürülüb. Hakimiyyət Musəvinin seçkidə məğlub olduğunu, Mahmud Əhmədinejadın yenidən prezident seçildiyini bildirir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG