Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 23:01

«Serbiya Kosovanın müstəqilliyini tanımayacaq»


Sebiya bir daha Kosovanın müstəqilliyini tanımayacağını bəyan edib. Serbiyanın XİN Vuk Yeremiç belə deyib.

O, İyunun 17-də BMT Təhlükəsizlik Şurasının iclasında minlərlə serb köçkünün Kosovaya qaytarılması üçün işləri sürətləndirməyə də çağırıb.

V.Yeremiç BMT –nin məlumatlarından sitat gətirərək deyib ki, 1998-99-cu il Kosova müharibəsindən sonra 200 mindən artıq Kosova serbi hələ də öz evlərinə qaytarılmayıb.

O, Kosova serblərinin evlərinin dağılması və təhlükəsizliklə bağlı problemlərinin olduğunu deyib.

Əsasən etnik albanların üstünlük təşkil etdiyi Kosova ötən il Serbiyadan ayrılaraq öz müstəqilliyini elan edib. Təxminən 60-a yaxın ölkə Kosovanın müstəqilliyini tanıyıb.

XS
SM
MD
LG