Keçid linkləri

Təcili xəbərlər

Azadlığın qiyməti


Yüz minlərlə Musəvi tərəfdarlarının Tehranda aksiyası
Yüz minlərlə Musəvi tərəfdarlarının Tehranda aksiyası
İnsanlar azadlıq və ədalətli seçki naminə etiraz əlaməti olaraq soyunurlar, dinc mübarizə üsullarının bütün vasitələrindən istifadə edərək hakimiyyətə az da olsa təsir etməyə çalışır, öz səslərinin düzgün hesablanmasını tələb edir və müdafiə etdikləri şəxsi meydanda tək qoymurlar...

Bu, mübarizə haradasa uzaqlarda baş vermir. İndi İranda, Gürcüstanda, hətta Ermənistanda insanlar güclü etiraz aksiyaları təşkil edir, böyük siyasi fəallıq nümayiş etdirirlər. Təəssüf ki, bu mübarizədə politoloqlar bir detalı sezmirlər. Xüsusi önəm kəsb edən detallardan biri də budur ki, mübarizə bilavasitə azad və ədalətli seçki ilə bağlıdır, yəni etiraz edənləri narkoman, ekstremist adlandırmaq qətiyyən mümkün deyil. Bu, hamı tərəfindən qəbul edilən əsl dinc mübarizədir.

Prosesləri izləyəndə görürsən ki, müxalifət pərakəndə formada təzahür edən radikal və dağıdıcı kütlə deyil və onlar da əsasən demokratiya yönümlü insanlardır. Təəssüf ki, hər üç ölkədə hakimiyyətin özü insanlarla çox pis rəftar edir, bir çox hallarda dinc nümayiş iştirakçılarına qarşı hətta silah tətbiq edir, qan tökməkdən belə çəkinmirlər. Burada istər-istəməz ABŞ prezidentlərinin birinin fikri yada düşür. Söhbət Tomas Cefersondan gedir. O, demişdi ki, azadlığın ağacı qanla suvarılmalıdır. Bu fikrə görə o, sağlığında müxtəlif qınaqlara məruz qalmışdı, insanların bir qismi onu radikal siyasətçi və hətta ekstremist adlandırırdılar.

Təbii ki, bu, keçmişdir, indi insanlar daha çox dinc üsullara üstünlük verirlər, hər üç ölkədə güllə yarasına məruz qalan, həbs edilən, təqiblərlə üzləşən müxalifət nümayəndələridir. Buradan belə nəticə çıxarmaq olar ki, dinc mübarizə üsullarını məhz hakimiyyətdə olanlar qəbul etmirlər. Burada müxalifətin və adi vətəndaşların heç bir günahı yoxdur.

Bütün bu prosesi ədalətli və aşkar seçki uğrunda mübarizə adlandırmaq olar.
Heç kim inanmazdı ki, siyasi baxımdan hədsiz dərəcədə passiv görünən müxalifət birdən – birə bu cür siyasi fəallıq nümayiş etdirəcək. Bütün hallarda bu mübarizə nəticəsiz qalmayacaq. Sadəcə zorakı üsullardan istifadə edən hakimiyyət demokratiyanı daim boğmağa cəhd edir. Amma bu yaxşı nəticə verməyəcək. Bütün hallarda gec və ya tez hər üç ölkədə demokratik üsul-idarə bərqərar olacaq.

Bir şeyi yaddan çıxarmaq lazım deyil ki, indi 21-ci əsrdir. Bəli, orta əsrlər yox, məhz 21-ci əsrdir... Əsr özü insanları dindirir, amma bir çox hallarda insanlar bunu unudurlar...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG