Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:25

Misir hökuməti 6 çeçeni Rusiyaya təhvil vermək istəyir


İyunun 18-də Misir hökuməti çeçenlərin yaraqlı lideri də daxil olmaqla, 6 tələbəni Rusiyaya deportasiya etməyi planlaşdırır. «Amnesty İnternational» beynəlxalq insan haqları təşkilatı bildirib ki, tələbələr orada işgəncə təhlükəsi altındadırlar.

Yaraqlıların lideri Supyan Abdullayevin oğlu Maşkud və daha 5 çeçen mayın 27-də Qahirənin Əl-Əzhar İslam universitetində Əl-Qaidə şəbəkəsi ilə əlaqədə həbs olunublar.

«Amnesty İnternational» bildirir ki, dörd kişi və bir qadın tələbənin Azərbaycanda qaçqın statusu var, lakin Misir hökuməti onların Rusiyaya qaytarılmasında təkid edir.

Misir rəsmilərindən deportasiya ilə bağlı məlumat almaq mümkün olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG