Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 03:05

Musəvi tərəfdarlarını matəm keçirməyə çağırıb


İranda prezidentliyə namizəd Mir Hüseyn Musəvi tərəfdarlarını iyunun 18-də matəm keçirməyə çağırıb. İranda prezident seçkilərindən sonra polislə toqquşmada 7 nəfər ölüb.

Musəvi və sabiq prezident Məhəmməd Xarəmi internetdə yayılan məktubunda eyni zamanda hökuməti həbsdə olan aksiya iştirakçılarını azad etməyə çağırıb.

Yüz minlərlə Musəvi tərəfdarı prezident seçkilərinin nəticələrinə etiraz əlaməti olaraq iyunun 17-də artıq 5-ci gün idi ki, Tehranda mitinq keçirirdi.

İranda seçkilər iyunun 12-də keçirilib, əvvəlki prezident Mahmud Əhmədinejat qalib gəlib. Müxalifət hesab edir ki, seçkinin nəticələri saxtalaşdırılıb və yenidən seçki keçirilməsini tələb edirlər.
XS
SM
MD
LG