Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:05

Hər gün 144 adam avtomobil qəzasında ölür


İsraildə avtobus qəzası, 16 dekabr 2008

İsraildə avtobus qəzası, 16 dekabr 2008

Dünya Səhiyyə Təşkilatı (DST) 178 ölkədə avtomobil qəzaları sahəsində vəziyyəti öyrənib. Təşkilatın iyunun 17-də yaydığı hesabat yol qəzalarında itkilərin olduqca dramatik səhnəsini canlandırır.

Hesabatın ortaya çıxardığı əsas faktlar:

  • Avtomobil qəzalarından hər bir saatda 144 adam ölür. Bu da dünyada hər il 1 270 000 adamın avtomobil qəzasında ölməsi deməkdir.
  • Yol qəzalarında ölən hər iki nəfərdən biri piyadalar, motosiklet və velosiped sürücüləridir.
  • Dünyada ildə 20 milyondan 50 milyona qədər adam yol qəzasında xəsarət alır.
  • Dünyada 5 yaşdan 44 yaşa qədər insanlar arasında ölümün əsas səbəblərindən biri avtomobil qəzasıdır.
  • Avtomobil qəzalarının 90%-i kasıb, ya da az gəlirli ölkələrdə baş verir.
  • Ölkələrin yalnız 57%-də avtomobildə olanların hamısının təhlükəsizlik kəməri taxması qanunla məcburidir.
  • Dünya ölkələrinin yalnız yarısında avtomobildə xüsusi uşaq oturacaqlarından istifadə məcburidir.

Dünya Səhiyyə Təşkilatı Azərbaycanda da avtomobil qəzalarının sayını öyrənib. Amma təşkilat 2007-ci ilin məlumatları əsasında vəziyyəti təhlil edir.
Baş Dövlət Yol Polisi İdarəsində mətbuat xidmətinin rəhbəri Ərəstun Məcidov artıq 2008-ci il üçün də nəticələrin olducunu bildirir. Onun verdiyi məlumata görə, ötən il Azərbaycanın yollarında baş verən hadisələrin mənzərəsi bu cürdür:
  • İl ərzində Azərbaycanda 2970 avtomobil qəzası baş verib. Bu qəzalarda 1052 adam həlak olub, 3232 adam xəsarət alıb. (Beləliklə, Azərbaycanda hər günə üç nəfər yaxın adam avtomobil qəzasında həyatını itir).
  • Yol qəzalarının 92%-i sürücülərin günahından baş verir.
  • Azərbaycanda avtomobil qəzalarının 40%-i sürət həddini aşmağa görə, 25%-i ötmə, yol ayrıcının keçilməsi qaydalarının pozulması kimi səbəblərdən baş verir.
  • Son hesablamalara görə, Azərbaycanda 950 000 avtomobil var.

Dünya Səhiyyə Təşkilatının məlumatları əsasında Azərbaycanın qonşularında və Almaniyada avtomobil qəzalarının vəziyyəti belədir:

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG