Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:32

Musavinin tərəfdarları Tehranda yenidən nümayişə çıxıb


İranda prezidentliyə namizəd Mirhüseyin Musavinin 10 minlərlə tərəfdarları bu gün Tehranda yenidən etiraz nümayişinə çıxıblar.

Şahidlərin dediklərinə görə mərkəzi meydana gedən küçələrdən biri demək olar ki, dolub.

Musavi bundan əvvəl tərəfdarlarını dinc nümayişlərə və ya ötən iğtişaşlarda ölənlərin xatirəsini yad etmək üçün məsçidlərə yığışmağa çağırmışdı.

İyunun 12-də keçirilmiş prezident seçkilərindən sonra Tehran və ölkənin digər şəhərlərində etiraz nümayişləri keçirilir.

Nəticələrin saxtalaşdırıldığını deyən Mirhüseyin Musavinin tərəfdarları ölkədə təkrar seçkilər keçirilməsini tələb edirlər.
XS
SM
MD
LG