Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:40
İranlı Nobel Mükafatı laureatı Şirin Ebadi ölkəsində yenidən prezident seçkiləri keçirilməsinə çağırıb. O, bunu «Azadlıq» radiosuna müsahibəsində deyib.

Ebadi bildirib ki, İranın dini qurumları etiraz edən milyonlarla insana hörmətlə yanaşmalıdır. Onun sözlərinə görə, seçkinin nəticələrinə etiraz edən iranlılar öz tələblərini dinc yolla bildirirdilər. Lakin onlara qarşı zorakılıq işləndi. Ebadi bildirib ki, küçədə 8 adamın öldürüldüyünə və xeyli adamın yaralandığına şahid olunub. O, bildirib ki, hakimiyyətin zorakı cavabı o qədər böyük olub ki, bu ölkədə qəzəbə gətirib çıxarıb və parlament üzviləri arasında müzakirə edilib. Bir çox professorlar buna qarşı çıxıb.

Ebadi ümid etdiyini bildirib ki, vəziyyət insanların istədiyi istiqamətə dəyişəcək. O, son 3 gündə həbs olunanları azad etməyə çağırıb:

«Hakimiyyət insanları niyə həbs edib? Çünki onlar dinc yolla öz etirazlarını bildirirdilər. Hakimiyyət hətta insan haqları fəalı Əbdül Fətah Soltanini, keçmiş vitse-prezident Məhhəmməd Əli Əbtahi və səhhəti yaxşı olmayan islahatçı Said Hajariani də həbs edib. Həbs olunanları saymaqla qurtarmaz. Niyə bu cür reaksiya verilməlidir? Bütün saxlananlar azad edilməli, vətəndaşların və prezidentliyə namizəd olanların tələbləri yerinə yetirilməlidir».

Şirin Ebadi deyib ki, indiki şəraitdə səslərin yenidən sayılması onun fikrincə vəziyyəti dəyişməyəcək. Seçki yenidən təşkil olunmalıdır və bu seçki beynəlxalq müşahidəçilərin iştirakı ilə aparılmalıdır. Onlar da əmin olmalıdırlar ki, seçki qutusundan çıxan səslər insanların real səslərdir. Ebadi ümid etdiyini bildirib ki, burada məntiqlilik qalib gələcək və insanların düzgün, qanuni tələblərinə mütləq cavab veriləcək:

«Gələcək haqqında proqnoz vermək asan olmadığı üçün mən hazırkı vəziyyət haqqında danışmağa üstünlük verirəm. Mənim fikrimcə ən yaxşı nəticə beynəlxalq təşkilatların iştirakı ilə İran xalqının inandığı yeni seçkinin keçirilməsidir».

Ebadi deyib ki, etiraz nümayişləri hələ davam edir. Lakin onun tələbim və bütün insanların tələbi nümayişləri dinc yolla aparılmasıdır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG