Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:19

Rüşvətə görə özünü yandıran sahibkarın vəziyyəti ağırdır


Eldar Qəhrəmanov hələ ay yarım da xəstəxanaqa qalmalı olacaq
Eldar Qəhrəmanov hələ ay yarım da xəstəxanaqa qalmalı olacaq
Rüşvət istənilməsinə etiraz olaraq özünü yandıran sahibkar Eldar Qəhrəmanovun vəziyyəti ağır olaraq qalır. O, 3-cü dərəcəli yanıqla mayın 30-dan Bakıdakı 5 saylı xəstəxananın yanıq şöbəsində müalicə olunur.

«MƏN ONLARA DEDİM Kİ, ÖZÜMƏ QƏSD EDƏCƏM»

Sahibkarın iddiasına görə, mayın 30-u günün ikinci yarısında Rusiyadan Azərbaycana 250 kiloqram aktivləşmiş kömür gətirərkən Yalama gömrük postunda ondan malın vergisindən əlavə pul istənilib. İlk dəfə Rusiyadan mal gətirən sahibkar deyir ki, Rusiya gömrüyündən malı maneəsiz keçirib, amma Azərbaycan tərəfdə problemlə üzləşib. Onun sözlərinə görə, həmin malın ƏDV-si 500 rubl olsa da, sürücüyə vergini ödəmək üçün 1000 rubl verib, amma bunu qəbul etməyiblər. Sahibkar iddia edir ki, artıq pul verə bilməyəcəyini deyəndən sonra ona malının ümumiyyətlə gömrükdən buraxılmayacağı bildirilib. Elə bundan sonra da üstünə benzin tökərək özünü yandırıb:

«Mən onlara dedim ki, özümə qəsd edəcəm və ölümümün səbəbkarı siz olacaqsız. Onlar buna inanmadılar, elə bildilər zarafat edirəm».

«BİZDƏN XAHİŞ ETDİLƏR Kİ, HEÇ BİR YERƏ ŞİKAYƏT ETMƏYİN»

Eldar Qəhrəmanovun həyat yoldaşı Validə Qəhrəmanova isə deyir ki, ilk əvvəl gömrükdən onlara yardım edilib, yoldaşı Bakıya çatdırılb və müalicə üçün 500 manat da pul verilib. Və onlardan xahiş olunub ki, heç bir yerə şikayət etməsinlər. Elə bu səbəbdən də ailə mayın 30-dan indiyə qədər susub. V.Qəhrəmanova deyir ki, indi onlara şər atılır ki, guya sahibkar özünə qəsd edəndə içkili olub.

(Yazı videonun altında davam edir)
Rüşvət istədilər, özünü yandırdı
Gözlə

No media source currently available

0:00 0:01:27 0:00
Direct-ə keçid


Eldar Qəhrəmanov da bu deyilənlərin böhtan olduğunu bildirir. Onun sözlərinə görə, Yalama gömrük postunda Namiq adlı əməkdaş əlavə pul ödəməyəcəyi halda gətirdiyi malın buraxılmayacağını bidirib:

«Daha sonra malın neytral zonaya aparılmasını bildirdi. Sonra mən benzini üstümə töküb özümü yandırdım».

«HEÇ KİM HEÇ KİMDƏN PUL İSTƏMƏYİB»

Yalama gömrük postunun Namiq adlıq əməkdaşı isə «Azadlıq» radiosuna deyilənlərin yalan olduğunu bildirib:

«Hamısı yalan söhbətdir. Heç kim heç kimdən pul istəməyib. İstintaq gedir və hər şeyi də istintaq bilir. Sərxoş olub, qıraqda üstünə benzin töküb özünü yandırıb».

Eldar Qəhrəmanovun həyat yoldaşı Validə Qəhrəmanova isə deyir ki, xeyli bahalı dərmanlar alındığından onlarda artıq müalicəni davam etdirməyə bir qəpik də olsun pul qalmayıb. Xəstəxananın yaxınlığındakı aptekə 81 manat borclu olduqlarını deyən V.Qəhrəmanova bildirir ki, artıq bu borca görə, onlara nisyə dərman da verilmir. Sonuncu dəfə dərman almaq üçün şəxsiyyət vəsiqəsini aptekdə girov qoyub.

XƏSTƏYƏ 1-ci QRUP MÜSBƏT REZUSLU QAN LAZIMDIR

Sahibkarı müalicə edən həkim Sabir Mirzəyev isə onun vəziyyətinin ağır olduğunu deyir. Onun sözlərinə görə, bir neçə gün sonra xəstənin vəziyyəti normallaşsa, onun üzündə plastik əməliyyat olunacaq. Buna görə də həkim Eldar Qəhrəmanovun hələ ay yarım da xəstəxanaqa qalmalı olacağını deyir. Həkim həmçinin müalicə üçün 1-ci qrup müsbət rezuslu qan tapmaqda çətinlik çəkdiklərini bildirir. Deyir ki, imkanı olanlar 5 saylı xəstəxananın yanıq şöbəsində 16 saylı palatada müalicə olunan Eldar Qəhrəmanova yardım etsələr, xəstənin xeyli tez sağalmasına kömək etmiş olarlar.

«ELDAR QƏHRƏMANOVUN ÖZÜNÜ YANDIRARKƏN SƏRXOŞ OLMASI BARƏDƏ EKSPERTİZANIN RƏYİ VAR»

Xaçmaz rayon prokuroru Rasim Məlikov isə «Azadlıq» radiosuna deyib ki, hadisə ilə bağlı mayın 31-də Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi açılıb. Hazırda istintaq gedir. Prokuror bildirir ki, Eldar Qəhrəmanovun özünü yandırarkən sərxoş olması barədə ekspertizanın rəyi var:

«Bundan başqa, o, istintaqa ilkin ifadəsində ondan rüşvət istənilməsi ilə bağlı hər hansı ifadə verməyib».

Eldar Qəhrəmanov Rusiya vətəndaşıdır. Azərbaycanın Quba rayonunda yaşayır. Dediyinə görə, bir müddət əvvəl «Qazprom»un əməkdaşı olub, amma ordan işdən çıxandan sonra işsiz qalıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG