Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:50

Pakistana 100 milyon avrodan çox yardım ayrılıb


Avropa Birliyi Pakistana 100 milyon avrodan artıq yardım ayırıb.

Bunu Avropa Birliyinin xarici siyasət idarəsinin rəhbəri Benita Ferrero - Valdner bu gün Brüsseldə Pakistan prezidedeni Asif Əli Zərdariylə görüşdən qabaq deyib.

O qeyd edib ki, bu vəsaitin yarıdan çoxu yaraqlılara qarşı hərbi əmıliyyatlar aparılan Svat vadisindən qaçqın düşmüş yerli sakinlərə ayrılacaq.

Asif Əli Zərdarinin Brüsseldə Avropa Birliyinin rəsmilərilə apardığı danışıqlarda həmçinin terrorçuluğa qarşı mübarizə və Pakistanla Avropa Birliyi arasında iqtisadi əlaqələrin genişləndirilməsi müzakirə olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG