Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:24

İran hakimiyəti yerli internet saytlarını hədələyib


İranda prezidentliyə namizəd Mirhüseyin Musavinin tərəfdarları növbəti aksiyalara hazırlaşırlar.

Musavi isə tərəfdarlarını dinc nümayişlərə
və ya ötən iğtişaşlarda ölənlərin xatirəsini yad etmək üçün məsçidlərə yığışmağa çağırıb.

İyunun 12-də keçirilmiş prezident seçkilərindən sonra Tehran və ölkənin digər şəhərlərində etiraz nümayişləri keçirilir.

Nəticələrin saxtalaşdırıldığını deyən Mirhüseyin Musavinin tərəfdarları ölkədə təkrar seçkilər keçirilməsini tələb edirlər.

Ölkənin ali dini lideri Ayatolla Əli Xamenei səslərin bir hissəsinin yenidən sayılmasıyla razılaşsa da Musavi təkrar seçki keçirilməsini istəyir.

İranın hakim dairələri xarici media orqanlarının nümayişləri işıqlandırmasına qadağa qoyub və onlardan bəzilərini hərc-mərcliyə rəvac verməkdə ittiham edib.

İnqilab Qvardiyası isə ölkədə baş verənləri işıqlandırmağa can atan yerli internet saytlarını hədələyib.

XS
SM
MD
LG