Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:52

Pakistan prezidenti Brüsseldə Avropa liderlərilə görüşür


Pakistan prezidenti Asif Əli Zərdari Brüsseldə Avropa Birliyinin liderlərilə görüşür.

Görüşdə terrorçuluğa qarşı mübarizə və tərəflər arasında ticarət əlaqələrinin daha da genişləndiriıməsi müzakirə olunur.

Bu tərəflər arasında keçirilən ilk yüksək səviyyəli sammitdir.

Avropa Birliyi Pakistanı regionun sabitıiyi və Əfqanıstan müharibəsinin həllində strateji cəhətdən vacib tərəfdaş sayır.

Birlik 2007-2010-cu illərdə Pakistana 200 milyon avro yardım ayırıb.

Pakistan prezidenti Asif Əli Zərdarinin həmçinin NATO-nun baş qərərgahına gedəcəyi və NATO şurasında çıxışı gözlənilir.
XS
SM
MD
LG