Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 12:54

Dəyişikliklər Ombudsman Aparatında da müzakirə olunacaq


İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova

İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova

Ombudsman Aparatında QHT-lərlə bağlı qanunvericiliyə təklif edilən dəyişikliklər barədə müzakirələr aparılacaq.

İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova belə deyib. O, bildirib ki, müzakirələr QHT-lərlə birgə aparılacaq bağlı qanunvericiliyə təklif edilən dəyişikliklər hələ müzakirə olunur:

«Ombudsman Aparatının nəzdindəki Müstəqil Ekspertlər Şurasına 60-a yaxın müxtəlif yönlü və əqidəli QHT nümayəndələri daxildir. Müzakirələr onların da iştirakı ilə keçiriləcək. Biz bu müzakirələri keçirəndən sonra öz fikrimizi bildirəcəyik».

Milli Məclis QHT-lər haqqında qanunun dəyişdirilməsinə iyunun 19-da keçiriləcək iclasında baxacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG