Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:37

ABŞ raketdən müdafiə sistemi ilə bağlı qərarsızdır


ABŞ Müdafiə nazirinin köməkçisi Uilyam Linn deyib ki, Amerika Avropada raket əleyhinə müdafiə sistemi quraşdırılması ilə bağlı hələ bir qərar verməyib.

Senatda çıxış edən Linn deyib ki, əvvəlki prezident Corc Buş tərəfindən təklif olunan və Rusiyanın qəti etirazına səbəb olan plan hələ ki, alternativ olaraq qalır. Onun sözlərinə görə müdafiə sisteminin genişləndirilməsi ilə bağlı Rusiya ilə əməkdaşlıq mövzusu da gözdən keçirilir.

Raketdən müdafiə sisteminin Çexiya və Polşada quraşdırılması təklif olunmuşdu.
XS
SM
MD
LG