Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:42

«İranlılar nə istəyir?»


Azad Avropa və Azadlıq Radiosunun prezidenti Cef Gedmin
Azad Avropa və Azadlıq Radiosunun prezidenti Cef Gedmin
«Şərhçilərin İranda prezident seçkilərində qanun pozuntusu olduğunu deməyə çəkinməsi qəribə səslənir. Mənim Azad Avropa və Azadlıq Radiosunun farsdilli xidməti olan «Fərda» radiosundan olan həmkarımın da dediyi kimi, hökumət səslər tam sayılmamış nəticələri élan edirdi. On minlərlə insanı Tehran və digər şəhərlərdə küçələrə çıxardan da ədalətsizlik hissi idi».

Azad Avropa və Azadlıq Radiosunun prezidenti Cef Gedminin «Vaşinqton Post»da dərc olunmuş «İranlılar nə istəyir?» adlı yazısında belə deyilir.

«SEÇKİ KAMPANİYASI ƏDALƏTLİ VƏ SAĞLAM MÜHİTDƏ KEÇMƏYİB»

Cənab Gedmin yazır ki, hələ səsvermə başlamazdan öncə biz ölkədə problem olduğunu bilirdik. İranda Mühafizlər Şurası adı altında bir qrup ölkədə kimin prezident olacağına qərar verir:

«Biz də bilirik ki, seçki kampaniyası heç də prezident Mahmud Əhmədinejadın iddia etdiyi kimi, ədalətli və sağlam mühitdə keçməyib. Parisdə yerləşən «Sərhədsiz Reportyorlar» təşkilatı İranı regionda jurnalistlər üçün «ən böyük həbsxana» adlandırır. Hökumət daim dissidentləri həbsə atır. Seçki ərəfəsində internet saytları bloklaşdırıldı və mobil telefonlarla ismarış göndərmədə əngəl yaradıldı. İyunun 12-dən başlayaraq İranda həbslər aparıldı. Ayın 14-ü isə 28 yaşlı bir jurnalist Tehranda müxbirlərin birinə deyib ki, Kəşfiyyat İdarəsinin işçiləri onun ofisinə gələrək həmkarını həbs ediblər».

Məqalədə deyilir ki, seçkidə qayda-qanunun pozulması böyük təəccüblə qarşılanacaq bir şey deyil. Bəs onda iranlılar nə istəyir?

«Bunu anlamaq çətindir. Biz «Fərda» radiosuna nə qədər adamın qulaq asdığını öyrənmək üçün sorğu keçiririk. Sonuncu sorğu zamanı məlum olub ki, İranda 50 milyonluq dinləyicinin cəmi 2.5 faizi bu radioya qulaq asır. Lakin bu sorğunu telefonla aparanda və sualı başqa formada verəndə məlum oldu ki, qulaq asanlar 24 faizdir».

«ÖLKƏDƏ QORXU, ÇAŞQINLIQ HÖKM SÜRÜR»

C.Gedmin yazır ki, İran hökuməti «Azadlıq» radiosunun dalğalarına əngəl yaradır. İnternet səhifəsini bloklaşdırır. Praqada yerləşən jurnalistlərə hədə-qorxu gəlir, (Radionun İranda çalışmasına icazə yoxdur) İran daxilində vətəndaşlara radio əməkdaşları ilə danışmama xəbərdarlığı verilir. İranlılar öz təhlükəsizliklərini qorumaq üçün sorğu keçirənlərə öz doğru fikirlərini demirlər:

«Amma bu gün biz öz dinləyicilərimizdən nə eşidirik? Ölkədə qorxu, çaşqınlıq hökm sürür. Onlar bizə elektron poçtla məktub yazırlar. Facebook və Tvitter vasitəsilə bizimlə əlaqə saxlayırlar. Bir dinləyici qəzəbli vətəndaşların Əhmədinejadın qələbəsini dərc edən qəzetləri alıb yandırdıqlarından danışırdı. Başqa bir dinləyici isə deyirdi ki, Daxili İşlər Nazirliyi vaxta qənaət üçün səsləri hələ seçicilər səsvermə məntəqəsinə getmədən öncə saymağa başlayacaqlar».

HƏRC-MƏRCLİYƏ NECƏ DAVAM GƏTİRMƏLİ?

Yazıda bildirilir ki, bütün bunlar heç də «Əhmədinejadın dəstəyi yoxdur» demək deyil. Bəlkə də bu, ona məxsus bir milliyyətçilikdir ki, onu bu cür nüfuzlu edib. Bəlkə də onun İsrailə qarşı kəskin münasibətidir:

«Bir qadın «Fərda» radiosuna deyirdi ki, o, Əhmədinejadın təbliğatını aparır. Onun sözlərinə görə, Əhmədinejad ABŞ-a qarşı möhkəm dayandığı və kasıbların problemindən danışdığı üçün ona bu cür dəstək göstərib. Lakin həqiqət budur ki, biz dəqiq olaraq İran cəmiyyətinin müxtəlif hissələrinin nə fikirləşdiyini bilə bilmərik. Azad medianın olmadığı, insanlarin düşüncələrini belə izləyən gizli polisin olduğu ölkə əlbəttə ki, insanların fikirlərində nə olduğu haqqında anlayış verir».

Belə halda hərc-məcliyə necə davam gətirməli?

«BİZİM SƏSİNİ EŞİTDİYİMİZ İRANLILAR ABŞ-ın BU MƏSƏLƏYƏ QARIŞMASINI İSTƏYİRLƏR»

C.Gedmin yazır ki, İranda bu həftə etirazlar güclənmişdi. Əgər müxalifət orta sinfi səfərbər edə bilməsə və irəli getmək üçün strategiyası olmasa, bunun heç bir nəticəsi olmayacaq. İstər dinc yolla, istər zorakı yolla, tədricən və ya qəflətən İranda demokratiya cəsur iranlılar tərəfindən qazanıla və ya itirilə bilər:

«Burada Qərbin heç bir rolunun olmadığını demək də sadəlöhvlük olardı. Bizim səsini eşitdiyimiz iranlılar ABŞ-ın bu məsələyə qarışmasını istəyirlər. Onlar deyirlər ki, ABŞ Əhmədinejada bildirməlidir ki, əgər o, seçkidə qalib gəldiyindən əmindirsə, ölkənin qapılarını beynəlxalq müşahidəçilərə açmaqla özünə daha çox xeyir gətirə bilər. ABŞ ona bildirməlidir ki, hökumət ölkədə azad mediaya şərait yaratmalıdır. Radio «Fərda», BBC və «Amerikanın səsi» ölkə üçün vacibdir. İranlıların fikrincə, ABŞ Tehrandan tələb etməlidir ki, dinc nümayişçilərə qarşı zor işlətməsin. Bu, bizim edə biləcəyimiz ən cüzi işdir. Bu məsələlərdə təzyiq göstərmək bizi daha da yaxınlaşdıra bilər. Bu, həm də bizə İran hökumətinin qurulmasının vacibliyini xatırladar. İran xalqı üçün İran dövləti…»

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG