Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:37

AŞ QHT-lər haqda qanuna təklif olunan dəyişikliklərdən narahatdır.


Avropa Şurası Azərbaycanda QHT-lər haqda qanuna təklif olunan dəyişikliklərdən dərin narahatdır.
Bu, AŞ-nın baş katibi Terri Devisin, AŞPA-nın sədri Luis Maria de Puigin imzaladığı bəyanatda deyilir.

Bəyanatda bildirilir ki, bu cümə günü parlamentin müzakirə edəcəyi dəyişikliklər Azərbaycanda vətəndaş cəmiyyətinin normal fəaliyyət göstərə bilməsinə və söz azadlığına əngəl yaradacaq.
Bu dəyişikliklər hətta AŞ-nın Bakıdakı Siyasi Təhsil məktəbinin də bağlanmasına gətirə bilər.

Avropa Şurası rəhbərləri Azərbaycan hakimiyyətini bu dəyişiklikləri qəbul etməyi təxirə salmağa çağırır.
Avropa Şurası təklif edir ki, dəyişiklikləri Avropa Şurası standartlarına uyğunlaşdırmaqda Azərbaycana kömək də göstərə bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG