Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 07:35

Goranboy Təhsil Şöbəsinin müdirinin həbsi imtahanla əlaqəli ola bilər


Goranboy rayon Təhsil Şöbəsinin müdiri Elmar Əliyevin həbsi orta məktəblərdə keçirilən imtahanla əlaqəli ola bilər. Bunu Azadlıq radiosuna Təhsil nazirliyinin kənd rayonları üzrə ümumtəhsil və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov deyib: «Orta məktəblərdə imtahan iyunun 8-də keçirilib, sonradan bu hadisənin niyə baş verdiyini biz də anlaya bilmirik».

E. Əliyev iyunun 14-də həbs olunub, korrupsiyada ittiham olunur.

A. Əhmədov Elmar Əliyevdən başqa heç kimin saxlanılmadığını deyir.

Hazırda Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Goranboy rayon Təhsil Şöbəsində yoxlamalar aparır.

Respublika Prokurorluğunun mətbuat xidməti bildirib ki, hadisəylə bağlı tezliklə açıqlama yayacaqlar.

Barəsində həbs qəti-imkan tədbiri seçilən Elmar Əliyev təxminən 8 ildir Goranboy rayon Təhsil şöbəsinin müdiri işləyir.

A. Əhmədov bu günə qədər regionlarda belə hadisənin olmadığını deyir.
XS
SM
MD
LG