Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:51

Polşa prezidenti tezliklə Azərbaycana gələ bilər


Polşa prezidenti Lex Kaçinskinin tezliklə Azərbaycana səfəri gözlənilir. Bu barədə Polşa Seyminin Bakıda olan nümayəndə heyətinin rəhbəri Vieslav Voda Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədovla görüşdə bildirib.

Iyunun 16-da Polşa-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Vodanın başçılığı ilə Polşa Seyminin nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb.

Göruşdə iki ölkə parlamentləri arasındakı əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG