Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:22

«Təhsil haqqında» qanun layihəsi iyunun 19-da qəbul oluna bilər


«Təhsil haqqında» qanun layihəsində ziddiyyət doğuran, mübahisəli məsələlərin hamısı aradan qaldırılıb». Bunu iyunun 16-da Milli Məclisin (MM) Elm və təhsil komitəsinin iclasında komitə sədri Şəmsəddin Hacıyev deyib.

Millət vəkilləri qanun layihəsinin bəzi məqamları – təhsilin müddəti, özəl müəssisələrdə təhsilin idarə edilməsi kimi məsələlərə iradlarını bildirsələr də, çıxış edənlərin hamısı qanun layihəsinin üçüncü oxunuşda müzakirə olunub qəbul edilməsinə tərəfdar olduqlarını bildiriblər.

Ş.Hacıyev əminliyini bildirib ki, «Təhsil haqqında» qanun layihəsi iyunun 19-da MM-in növbədənkənar iclasında qəbul ediləcək.
XS
SM
MD
LG