Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:35

NATO zabiti: «Azərbaycanda orduya ictimai nəzarət kifayət qədər deyil»


«Azərbaycanda orduya ictimai nəzarət kifayət qədər deyil, görüləsi işlər var». İyunun 16-da Bakıda NATO-nun Cənubi Qafqaz üzrə məsul zabiti Zbiqnev Rıbatski belə deyib.

O bildirib ki, Azərbaycanda orduya nəzarəti parlamentin müdafiə və təhlükəsizlik komitələri, ombudsman həyata keçirir, amma bu prosesdə QHT və cəmiyyətin də iştirakı olmalıdır.

Z. Rıbatski deyib ki, Silahlı Qüvvələrə nəzarət məsələsində fikir mübadiləsi, təcrübə azdır:

«Silahlı Qüvvələrə demokratik nəzarət demokratik cəmiyyətin vacib elementlərindən biridir».

NATO-nun məsul zabiti Azərbaycanla alyans arasında münasibətlərin inkişaf etdiyini və əməkdaşlığın gələn ay müzakirə olunacağını deyib.

Gürcüstan və Ukraynanın NATO-ya nə zaman üzv olacağına gəlincə, Z.Rıbatski deyib ki, bu, həmin ölkələrin özlərindən və alyansın siyasi qərarından asılıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG