Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:21

Əhmədinejad Ekaterinburqdadır


Rusiyanın Ekaterinburq şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının iclası öz işinə başlayıb. Tədbirdə Şimali Koreya və Əfqanıstanın əsas müzakirə mövzusu olacağı gözlənilir. Tədbirdə iştirak etmək üçün İranın yeni seçilmiş prezidenti Mahmud Əhmədinejad da Ekaterinburqdadır. Həmçinin Qırğızıstan, Qazaxıstan, Tacikistan, Özbəkistan və Pakistan prezidentləri də tədbirə qatılıb.

Quruma Rusiya, Çin, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstan daxildir. Əfqanıstan, Pakistan, Hindistan və İranın isə müşahidəçi statusu var.

Günün bütün mövzuları

XS
SM
MD
LG